23 May 2014 13:00
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni ulduz” yarışmasının iştirakçılarından olan Gül Xanlarova iddia edir ki, onun şou-biznesdə olması bir çoxlarını narahat edir.

Gənc müğənni Teleqraf.com-a açıqlmasında deyib ki, sənət aləmində öz dəsti-xətti var:

“Şou-biznes aləmində baş çıxarmaq çox çətindir. Amma mən bu sahədə sözümü deməyə, daha da tanınmağıma iddialıyam. Neçə illərdir ki, musiqi ilə məşğulam. Repertuarıma yeni mahnılar daxil etmişəm. Onların arasında tanınmış bəstəkarlarla yanaşı, gənc bəstəkarların mahnıları da var”.

Oxuculara müğənninin yeni çəkdirdiyi “Gəl yanıma” adlı klipini təqdim edirik.

Aytən


Müəllif: