23 May 2014 17:14
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Beatles” qrupunun keçmiş üzvü Pol Makartin viruslu infeksiya ilə Yaponiyanın Tokio şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, 71 yaşlı Pol Makartni qəfil xəstələnməsi barədə xəbəri nə onun köməkçləri, nə də xəstəxana təsdiqləməyib. Məşhur musiqiçi Yaponiya və Cənubi Koreyada verəcəyi bütün konsertlərini təxirə salıb. Bir qədər isə tamaşa zalında Makartin tamaşaçılarına üz tutaraq: “Əziz auditoriyam, mən sizi çox sevirəm, sizin dəstəyinizə və anlayışınıza əminəm. İnanıram ki, Sizinlə terzliklə görüşəcəyik” -deməsi barədə də informasiyalar var.

O vaxtdan etibarən isə musiqiçinin səhətti çox pisləşib. Pol Makartinin rəsmi musiqi saytındakı cədvələ görə, Out There turnesi çərçivəsində may ayının 18, 19 və 24-ü Yaponiyada, mayın 28-i isə Cənubi Koreyada konsertlər verməsi barədə qeydlər var idi. Bundan başqa, iyunun 14-ü isə ABŞ-a səfəri olmalıydı. Amerikada isə 14 konsert verməsi nəzərdə tutulmuşdu. Amerika saytlarında, Pol Makartninin konsertlərinin ləğv edilməsi barədə xəbərlər hələ yer almayıb.


Müəllif: