Aşıq Əli yeni avtomobil alıb.
Axşam.az-ın məlumatına görə, sənətçi maşınını Türkiyədə dizayn etdirib.
O, avtomobili ilə bağlı xəbər verib:
“Avtomobili Bakıdan almışam. Türkiyəyə göndərdim ki, içərisini istədiyim kimi dizayn etsinlər. Mən maşın sürmürəm, sürücü idarə edir. Ona görə də özüm üçün rahatlıq yaratdım. Bunu seçilmək üçün etməmişəm. Kimdən artığam ki, seçiləm də. İçində hər bir şəraiti var. Çay dəmləməkdən tutmuş, internetə kimi... Bir sözlə vanna otağından başqa hər şey yığılıb. Avtomobili 50 minə aldım. İçərisinin dizaynına isə 65 min avro xərclədim. Qara rəngi sevmirəm. Ona görə də maşın üçün ağ rəngi seçdim”.