Müəllimə ilə cinsi əlaqəyə girən şagirdin atası məhkəməyə üz tutub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ABŞ-ın Oklahoma ştatında baş verib. Ata məktəbin ingilis dili müəlliməsinin oğluyla cinsi əlaqədə olmasını gizlətdiyi üçün məhkəməyə müraciət edib.
"Daily Mail"in məlumatına əsasən, 29 yaşlı müəllimə Ceniffer Kasvell 15 yaşlı şagirdi ilə sinifdə, evdə və avtomobildə cinsi əlaqəyə girdiyini "Doktor Amerika" adlı televiziya proqramında etiraf edib.
O, açıqlamasında bunları deyib:
"Mənə yaxınlaşırdı, mən də ondan uzaqlaşırdım. Bir dəfə yanıma gəlib məni öpdü. Hər şey oradan başladı. Sinifdə cinsi əlaqədə olduqdan sonra özümü pis hiss etdim. Belə bir şeyi necə etdiyinə inanmırdım".
Həyat yoldaşı ilə arasında olan problemlər üzündən şagirdiylə yaxınlaşdığını bildirən Kasvell haqqında çıxan şayiələrdən sonra müəllimlikdən uzaqlaşıb.
Bundan sonra da şagirdiylə avtomobildə və evdə cinsi əlaqədə olan Kasvell 100 min dollar girov qarşılığında sərbəst buraxılıb.
Uşağın atası isə məktəb rəhbərliyini hadisəni ört-basdır etməkdə günahlandırıb.
Rüstəm