Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz maraqlı addım atıb.
Bir çox filmdə rol alan sənətçi qazandığı pulları biznesə yatırmağa başlayıb.
Müğənni bahalı avtomobilini ustaya aparmaq istəyərkən öyrənib ki, çilingər işdən çıxıb. Bundan məyus olan sənətçi ustanı işlə təmin etmək üçün avtoservis açıb. Müğənni yeni biznesinə görə illik 600 min dollar məbləğində icarə haqqı ödəyib.
Özcan Dəniz avtoservisin 35%-lik hissəsini ustaya hədiyyə edib. Biznes sahəsinə sürətlə nüfuz edən müğənni hümanist addımı ilə digər məşhur şəxslərə də nümunə olub.