Xalq artisti İlhamə Quliyeva Nadir Qafarzadəyə bərk xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, müğənni Nadirə verdiyi “Şah” titulunun layiqincə istifadə olunmamasından şikayətçidir.
O bu barədə ötən gün “Yaşa, idman bayramı” klipinin təqdimatında deyib:
“Mən Nadirə “Şah” titulunu vermişəm. Nadir, sənə deyirəm, hansı efirdə sənə müraciət edəndə yanında “Şah” sözünü deməsələr və bununla bağlı sən onların səhvini düzəltməsən, səndən küsəcəm. Gedir efirlərdə özünə Nadir dedirtdirir. Bu nədir, Nadir? Özün istəmisən, mən də sənə “Şah” titulu vermişəm. İndi sən niyə, icazə verirsən ki, onlar sənə Nadir deyirlər?”.
Pərvin