8 İyun 2015 10:56
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya krallığının Kensinqton sarayı Twitter səhifəsində Kembric şahzadəsi Şarlotta Yelizaveta Diananın ilk fotoşəkilləri paylaşıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, balaca şahzadə fotolarda böyük qardaşı, şahzadə Corcla birlikdə əks olunub. Şahzadələrin fotolarını anaları Hersoqinya Keyt Middlton mayın ortalarında çəkib. #WelcomeToTheFamily haşteqdə yerşəldirilmiş qeydlərdə deyilir: "Biz şahzadə Corcun kiçik bacısı şahzadə Şarlotta ilə ilk fotoşəkillərini paylaşmağa şadıq".

Qeyd edək ki, Hersoginya Keyt peşəkar fotoqrafdır. O bu sənəti Sent-Endryus universitetində təhsil alarkən öyrənib. Kembric şahzadəsi Şarlotta mayın ikisində Londonda Müqəddəs Mariya xəstəxanasında dünyaya gəlib. Şarlotta Yelizaveta Diana taxt-tacın 4-cü varisi olacaq.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: