Britaniyalı supermodel və aktrisa Keyt Moss aqressiv davranışa görə “Easyjet” aviaşirkətinin təyyarəsindən çıxardılıb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə İngiltərənin Luton aeroportunda baş verib.
Polis bildirib ki, qayda-qanuna nəzarət edən əməkdaşlar K.Mossu təyyarədən qovublar. Bununla bağlı ondan heç bir rəsmi şikayət edilməyib və o saxlanmayıb.
K.Mossun qaydaları necə pozduğu açıqlanmır.