25 May 2014 18:05
1 441

Pərəstişkarı tərəfindən təhqir olunan Demet Akalın prokurorluğa üz tutub.

13 mayda yaşanan Soma faciəsi üzündə 16 may tarixinə planlaşdırdığı konsertini ləğv edən Demet, konsertinə gəlmək istəyənlərə Tvitter hesabında xəbərdarlıq edib.

Müğənninin bu xəbərdarlığında "Rihanna qədər həssas ola bilmədin" yazaraq reaksiya verən təqibçisi, daha sonra sənətçini təhqir yağışına tutub. Bundan möhkəm qəzəblənən Demet Akalı təhqir olunduğunu əsas gətirərək, vəkili vasitəsilə prokurorluğa müraciət edib.

Soma faciəsinə görə 10 konsertini təxirə saldığını söyləyən sənətçi, "Tənqidlərə aşığam, amma təhqirə əsla yox! Bundan əvvəl məni təhqir edən birini 8 ay həbsə atdırmışdım. Bu tərbiyəsizin də cəzasını vermədən sakitləşmərəm" - deyərək, qərarında qəti olduğunu bəyan edib./anspress/


Müəllif: