26 May 2014 12:16
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cazibədarlığı ilə hər zaman göz qamaşdıran azərbaycanlı model Validə Abbasova Fransaya yollanıb.

ANS PRESS-in məlumatına görə, xarici ölkələrdə istirahət etməyə üstünlük verən "Miss millenium" bu dəfə romantikanın paytaxtı hesab edilən Parisə üz tutub. Ötən günlərdə Bakıda olan model romantik paytaxta gənc sevgilisi və qızı ilə yollanıb. Paytaxtın gözəl məkanlarına yollanan cazibədar xanım yeni fotolarını sosial şəbəkədə paylaşıb. Cütlüyün səmimi şəkilləri hər kəs tərəfindən maraqla qarşılanıb, modelin dostları onların bir-birlərinə yaraşdıqlarını söyləyiblər və xoşbəxtlik arzulayıblar, Validə xanım isə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, gənc bəy ilə hətta öpüşdukləri yerə olan fotolarını İnstagram səhifəsində yayımlayan Validə xanım, onunla birlikdə istirahət etməyə üstünlük verdiyini, həm də çox yaxın münasibətlərdə olduqlarını açıqlayıb. Cütlüyün yeni fotolarını sizə təqdim edirik.


Müəllif: