29 İyun 2015 13:40
533

I Avropa Oyunları həqiqətən təkcə Azərbaycan üçün deyil, bütün qitə üçün möhtəşəm idman yarışıdır.

Bunu Xalq Artisti Tünzalə Ağayeva Teleqraf.com-a açıqlamasında deyib.

"Bu beynəlxalq yarış gənclərimiz arasında idmanın və sağlam həyat tərzinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. Oyunların gedişində uşaqların müxtəlif idman növlərini həvəslə izləməsinin şahidi oldum. Sevindirici haldır ki, uşaqlar oyunlara böyük maraq göstərir, valideynləri ilə birgə idmançılarımıza dəstək olmaqla yanaşı, həm də hansısa idman növü ilə məşğul olmağa can atırlar."

Qeyd edək ki, Tünzalə Ağayeva Bakı 2015-in ulduz elçilərindən biri olub.

Teleqraf.com tədbirdən fotoları təqdim edir :

Rüstəm


Müəllif: