29 İyun 2015 15:07
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Los Ancelesdə keçirilən “BET Awards-2015” mükafatlandırma mərasiminin qalibləri bəlli olub.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, "Mikrosoft Teatr"da təşkil edilən gecənin əsas siması “Ən yaxşı R&B ifaçısı” nominasiyası üzrə qalib gələn Kris Braun olub. İki mükafata layiq görülən müğənni Beyons isə mərasimdə iştirak edə bilməyib.

Teleqraf.com qaliblərin siyahısını və mərasimdən olan fotoları təqdim edir:

“İlin yeniliyi” – Sem Smit

“Ən yaxşı R&B qadın ifaçısı” – Beyons

“Ən yaxşı R&B kişi ifaçısı” – Kris Braun

“Ən yaxşı qrup” – “Rae Sremmurd”

“Ən yaxşı duet” – Kommon və Con Lecend, “Glory”

“Ən yaxşı hip-hop kişi ifaçısı” – Kendrik Lamar

“Ən yaxşı hip-hop qadın ifaçısı” – Niki Minaj

“İlin videosu” – Beyons, Rae Sremmurd

“Ən yaxşı film” – “Selma”

“Ən yaxşı aktrisa” – Taraci P.Henson

“Ən yaxşı aktyor” – Terrens Hovard

“İlin qadın idmançısı” – Serena Uilyams

“İlin kişi idmançısı” – Stefen Karrt

Rüstəm


Müəllif: