26 May 2014 13:04
705

Ötən gün Heydər Əliyev Sarayında türkiyəli müğənni Gülşənin konsertini reallaşdıran Röya indi də səsini sığortalamaq niyyətindədir.

Müğənninin prodüseri, eyni zamanda onunla birgə iş birliyi quraraq bir sıra əcnəbi müğənnilərin Bakıda konsertini reallaşdırmağı düşünən Kənan Bayramov Teleqraf.com-a açıqlamasında belə fikirlərinin olduğunu deyib. Onun sözlərinə görə, bunun üçün yerli sığorta şirkətləti ilə razılığa gələ bilərlər:

“Hətta mən düşünürəm ki, Röyanın səsini 1 milyon manata sığortalamaq olar. Bütün bunlara baxmayaraq, bizdə bu məbləği verəcək sığorta şirkəti yoxdur. Hələ ki, bu yönümdə axtarışlar edirik. Uyğun sığorta şirkəti çıxan kimi planımızı həyata keçirəcəyik”.

Mayın 29-da dünya şöhrətli müğənni Patrisiya Kaasın Bakıda keçirəcəkləri konsertindən söz açan K.Bayramov ciddi hazırlıq işlərinin davam erdiyini deyib.

O, əlavə edib ki, yayda bir sıra əcnəbi müğənnilərin dəniz kənarında çıxışlarını təşkil edəcəklər.

Aytən Həsənova


Müəllif: