30 İyun 2015 11:04
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlı model nəhayət, bu ölkənin vətəndaşlığına qəbul edilib.

Teleqraf.com “Sabah”a istinadən xəbər verir ki, model 2011-ci ildə türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Cütlüyün 2012-ci ildə Cihangir Can adlı oğlu dünyaya gəlib. Gunay uzun müddətdir Türkiyə vətəndaşlığına qəbul olunmaq üçün gözləyirdi.

Yanvar ayında aktyor Tolqa Kareldən boşanmaq üçün məhkəməyə müraciət edən modelin vətəndaşlıq məsələsinin də bu səbəbdən uzandığı güman edilirdi. Ancaq cazibədar modelin bir müddət öncə Türkiyə vətəndaşlığına qəbul olunduğu məlum olub.

Qeyd edək ki, Türkiyənin "403 saylı Türk Vətındaşlığı Qanun"na əsasən, bu ölkənin vətəndaşı olmaq üçün ən azı 3 il ailəli olmaq, türkcə kifayət qədər bilmək lazımdır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər