Müğənni Röya Ayxan yayın dadını çıxarmaq üçün oğlunu da götürərək istirahətə yollanıb.
Publika.az xəbər verir ki, Röya çimərlikdə çəkdirdiyi fotolarını özünün “İnstagram” səhifəsində paylaşıb. Tünd göy rəngli bikinidə çəkilən fotolar müğənninin günəşdən qaralan dərisini daha da vurğulayıb.
Röya o qədər qaralıb ki, hətta sosial şəbəkədəki dostları ona irad da tutublar.