Sevda Yəhyayeva avqust ayında növbəti dəfə solo konsert verməyə hazırlaşır. Gecə-gündüz fərqli performans göstərmək üçün çalışan müğənni bu il də konsertində sevənlərinə süprizlər vəd etdi.
Yəhyayeva Publika.az-a yeni konserti haqda məlumat verdi:
“Özümü xoşbəxt müğənni hesab edirəm ki, neçə illərdir məni sevən insanların qarşısında solo konsertlərimlə çıxış edirəm. İndi hazırlaşıram, daha maraqlı və fərqli konsert proqramı ilə çıxış edim. Artıq neçə aylardır ki, bu konsert proqramına hazırlaşıram. Sevilən bəstəkarımız İsmayıl Əsədovun topladığı musiqi orkestrı ilə birlikdə canlı musiqi səsləndiriləcək. Səhnədə mənimlə birlikdə rəqqaslar da çıxış edəcək. Bu il də ənənəyə sadiq qalaraq 20-dən çox mahnı oxuyacağam. Odur ki, gecə-gündüz komanda şəklində çalışıram ki, tamaşaçı razı qalsın. Geyimlərim daima fərqli olub, bu il də fərqli və yeni səhnə geyimlərində çıxış edəcəyəm. Aparıcı dostlarıma təşəkkür edirəm ki, dəvətimi qəbul edib konsertlərimdə yanımda olublar. Konsertin aparıcısı haqda danışmaq istəmirəm. Konsert haqda ümumi detalları açıqlamaq istəmirəm, inanıram ki, konsertə gələnlər zamanını əyləncəli, musiqili və maraqlı keçirəcək”.