Tanınmış Hollivud aktrisası Ancelina Coli rus çariçası II Yekaterina haqqında filmdə baş rolu ifa edəcək.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, aktrisa britaniyalı tarixçi Saymon Sebaq Montefiorenin "Potyomkin: Knyazların knyazı" bestsellerini ekranlaşdırmağa icazə alıb.
Kitab Rusiyanın XVIII əsrdəki yayılmacı siyasətinin memarlarından biri olan bir rus genəralı və dövlət adamı Qriqori Potyomkin ilə II Yekaterinanın sevgisi haqqındadır. "Sevinirəm ki, Ancelina məhz mənim əsərimi seçib. Çünki bu, mənim ilk kitabım olub və mən onu çox sevirəm. Yekaterina - unikal qadın obrazıdır. Mən hiss edirəm ki, bu əsəri etibarlı əllərə təhvil verirəm", - deyə Sebaq Montefiore bildirib. Ancelina Coli baş rolu oynamaqla yanaşı, filmin rejissoru və prodüseri də olacaq.
Qeyd edək ki, Saymon Sebaq Montefiorenin əsəri 2000-ci ildə nəşr edilib. Kitabda çariça Yelizaveta ilə Potyomkinin bir-birinə yazdığı və daha əvvəl heç vaxt açıqlanmayan 5 min sevgi məktubu yer alıb.
Rüstəm