Apreldə dünyasını dəyişən müğənni Kayahanın ilk evliliyindən olan böyük qızı Bəstə Açar atasının var-dövlətinin siyahıya alınması üçün məhkəməyə müraciət edib.
Mövzu ilə bağlı açıqlama vermək istəməyən ifaçının qızı “Prosedura uyğun atılmalı addımdır. Bu işlərlə vəkilim maraqlanır, əlavə məlumatım yoxdur” deməklə kifayətlənib.
Vəkil isə "Prosedura əsasən lazımi olan işdir. Mülkiyyət işlərində bütün var-dövlət siyahıya alınır" deyib.
Kayahanın həyat yoldaşı İpək Açar belə bir məhkəmə prosesinin başladığını təsdiq edərək “Bu, sadəcə var-dövlətin müəyyən olunması ilə əlaqədar başlayan prosedurdur. Hər hansı miras tələbi hələ ki, irəli sürülməyib” söyləyib.
Kayahan xərçəng xəstəliyindən dünyasını dəyişib.
Rüstəm