7 İyul 2015 11:54
2 197

Tanınmış xanəndə, Xalq artisti Gülyanaq Məmmədova ailəsi ilə birgə Türkiyəyə gedib.

Bunu Teleqraf.com-a açıqlamasında xanəndə özü deyib. Onun sözlərinə görə, “Bakı-2015" Avropa Oyunları ilə əlaqədar gərgin iş rejimindən sonra istirahətə ehtiyacı var:

”Avropa Oyunları ilə əlaqədar biz də müğənni kimi əlimizdən gələni etməyə çalışdıq. Bu dönəmdə üç yeni mahnı yazdırdıq, efirlərdə səsləndirdik. Ümumiyyətlə, o dönəm Azərbaycanı tərk etmək fikrində belə olmadıq. İndi artıq Avropa Oyunları başa çatıb. Ailəmlə birgə Türkiyədə qayınanamgildə istirahət edirik. Uşaqlar nənələri üçün daxırıblar. Mən də həmçinin. Bu il işlərimlə əlaqədar olaraq əsasən Azərbaycanda oldum. Türkiyəyə az-az gedib gəlirdik. Ona görə qərara gəldik ki, istirahəti orada edək".

Nərmin


Müəllif: