26 May 2014 18:48
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Miss Globe International” Beynəlxalq Gözəllik Müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli bəlli olub.

Teleqraf.com xəbər verir ki, yerli kastinqdə 150-dək gözəlin arasından seçilmiş 12 gözəl Azərbaycan gözəli adı uğrunda mübarizə aparıb. Gecənin sonunda, münsiflər heyətinin qərarı ilə Şücai Banu İslam qızı “Miss Globe Azərbaycan“ adına layiq görülüb.

Münsiflər seçim edərkən iştirakçıların gözəlliklərindən əlavə həmçinin onların intellektual və mədəni səviyyələrinə önəm verib. İştirakçılar gecə ərzində milli, geyim, gəlinlik, gecə libası və idman geyimi olmaqla 4 üslubda əlbisə nümayiş etdiriblər.

Beləliklə, münsiflərin seçdiyi gözəl iyunun 21-də Bakının simvoluna çevrilmiş möhtəşəm “Chrystall Hall”-da keçiriləcək dünya miqyaslı “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalına vəsiqə qazanıb.

“Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsində Azərbaycanı təmsil edəcək gözəli 9 nəfərdən ibarət münsiflər heyyəti müəyyənləşdirib.

Aytən Həsənova


Müəllif: