26 May 2014 22:48
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meqastar bütün gəlirini Somada həlak olanların yaxınlarına bağışlayacaq.

Məşhur Türk ifaçısı Tarkan bu addımı ilə daha çox insanın rəğbətini qazanıb.

Teleqraf.com bildirir ki, meqastar bütün gəlirini Somada mədən partlaması faciəsində həlak olanların yaxınlarına bağışlayacaq.

Soma kömür mədənində qəza baş verən zaman səhnədə olan və konserti saxlamayan Tarkan başqa bir tədbirlə bu səhvini düzəltməyə çalışır. Belə ki, müğənni faciədən zərərçəkənlərə ithaf olunan xüsusi konsert verməyə hazırlaşır. Konsertdən gələn gəlir bütünlüklə qəzada həyatını itirənlərin ailələrinə veriləcək.

Bununla da kifayətlənməyən sənətçi, daha bir konsertindən götürdüyü qazancın yarısını mədənçilərin ailələrinə göndərəcək.

Qeyd edək ki, Tarkandan öncə bir neçə məşhur müğənni faciədə zərər çəkən insanların ailələrinə yardım əllərini uzadıblar.


Müəllif: