10 İyul 2015 14:27
3 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 9-dan etibarən Nizami Kino Mərkəzində "Minionlar" animasiya filminin 3 D formatında nümayişi başlanıb.

Amerika rejissorları Kayl Balda və Pyer Soffinin Brayan Linçin ssenarisi əsasında çəkdikləri "Minionlar" cizgi filmi ailəvi komediya janrındadır. Filmin sloqanı: "Onlar tarixi dəyişəcəklər... Müqavimət mənasızdır!"

Minionlar planetdə insanlardan bir neçə milyon il əvvəldən yaşayırlar. Onların bir ideyaları var - yer üzünün ən çirkin şəxsiyyətinə qulluq etmək. Dinozavrlar, fironlar, Drakula, Napoleon - hammısı qısa ömürlü oldular. İndi Minionlar Nyu-Yorka üz tutublar. Onları burda pul, hakimiyyət, ətrafına fəlakət saçan super cani Skarlett Overkill və sözsüz ki, çox dadlı "banana" gözləyir. Hər halda onlar belə düşünürlər...

Filmdə rolları Sandra Bullok, Con Xemm, Maykl Kiton, Ellison Cenni, Stiv Kuqan, Cennifer Sonders, Ceffri Raş, Stiv Karell, Pyer Soffin, Keti Mikson və başqa aktyorlar canlandırıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər