11 İyul 2015 09:28
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam ifaçısı, əməkdar artist Bəsdi Sevdiyeva uşaqlıq hobbisindən danışıb. Hər zaman idmana böyük maraq göstərdiyini deyən sənətçi idmana hobbi kimi baxdığını dilə gətirib:

Publika.az-a danışan müğənni orta məktəb illərində yüngül atletika ilə məşğul olduğunu bildirib:

“İdmanı həmişə sevmişəm. Baxmayaraq ki, indi işlərimin çoxluğu idmanla məşğul olmağıma imkan vermir. Amma orta məktəb illərində yüngül atletika ilə məşğul olmuşam. Onda indiki kimi deyildim, arıq, uzun qız idim. Hətta məktəblərarası yarışlarda da həmişə qalib olurdum. Bir dəfə ayağımdan zədə aldım. Buna görə atam mənə qadağa qoydu və bir də idmanla məşğul olmadım”.


Müəllif: