Dünya pop musiqisinin kraliçası hesab olunan amerikalı müğənni Madonnanın işıq üzü görməyən albomunun mahnılarını oğurlayaraq internetdə yayan israilli haker Adi Lidermanın məhkəməsi yekunlaşıb.
Publika.az xəbər verir ki, Madonnanın mahnılarını oğurlayan hakerə Tel-Əviv məhkəməsində hökm oxunub. Belə ki, müğənni Madonnanın personal kompüterinin parollarını sındıraraq “Rebel Heart” adlı albomuna aid mahnıları oğurlayıb və qeyri-qanuni şəkildə yaydığı üçün haker 14 ay azadlıqdan məhrum edib.
“Jerusalem Post” qəzetinin məlumatına görə, Liderman təkcə Madonnanın deyil, bir neçə məşhur müğənninin mahnılarının təkcə de mo deyil, hətta son orijinal versiyasını da oğurlayaraq satıb.
Hakerin axtarışı ilə Amerikanın Federal Axtarış Bürosu və İsrail polisi məşğul olub.
Madonna özü Lidermanın 14 ay həbs olunmasını şərh etməsə də, onun saxlanılmasından məmnun olduğunu bildirib.