27 May 2014 10:43
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaşöhrətli pop və R&B ifaçısı Castin Timberleyk Türkiyədəki ilk solo konserti verib.

ANS PRESS-in məlumatına görə, ifaçı konsertində Soma faciəsinin qurbanlarını anıb.



Timberleykin konserti dünya turnesi çərçivəsində İstanbul şəhərində baş tutub. Konsert zamanı Castin Timberleyk şən mahnıları ilə yanaşı, həzin mahnı da ifa edib və bunu Soma mədənində baş verən faciənin qurbanlarının xatirəsinə həsr etdiyini deyib.


Timberleykin bu hərəkəti türkiyəli pərəstişkarlarını sevindirib.

Konserti izləyənlər arasında Türkiyə şou-biznesinin xeyli məşhur nümayəndəsi də olub.


Müəllif: