27 May 2014 10:59
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bir çox sənətçilərin müxtəlif mükafatlara nominat kimi adı hallansa da, xalq artisti Brilliant Dadaşova hamını qabaqlayıb.

Teleqraf.com xəbər verir ki, bir çox dünya şöhrətli ulduzlarla bərabər B.Dadaşova Nyu-Yorkda “Master Teathre” Salonunda gerçəkləşən möhtəşəm “Big Apple Worlds Award” mükafatlandırılma mərasimində iştirak edib. Xalq artisti iki il davamlı olaraq bu mükafata nominat olsa da, nəhayət, bu il “Fəaliyyəti boyu Dünya musiqisinə töhfələrinə” görə “Big Apple Awrds” musiqi mükafatını alıb.

Qeyd edək ki, B.Dadaşova təşkilat komitəsinin xüsusi dəvətilə layihədə iştirak edən yeganə azərbaycanlı müğənnidir.

Sənətçimizdən başqa mkafata dünya şöhrətli ulduzlar Amr Diab, Sakis Rouvas, İqor Nikolayev, Myriam Fares də layiq görülüblər.

Əlavə edək ki, Brilliant Dadaşova ABŞ-ın Vaşinqton, Nyu York və digər şəhərlərində solo konsert proqramları ilə çıxış edib.

Sənətçimizin 2002-ci ildə Nyu-Yorkun “Milenium” zalinda baş tutan solo konsertinin videosunu oxuculara təqdim edirik.

Aytən Həsənova


Müəllif: