14 İyul 2015 10:39
2 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevil və Sevinc əkiz bacıları yay konsertinə hazırlaşır. Şou biznesin məşhur bacıları ciddi şəkildə konsert üçün məşq edir.

Bu haqda ifaçıların prodüseri Mehri məlumat verib.

“Sevil və Sevinc hər gün Xəzər telekanalında canlı yayımda 2 saat veriliş aparır. Onlara yazılan məktublardan, şərhlərdən bəlli olur ki, tamaşaçılar cütlüyün konsertini tələb edir. Səhər efirinin çətinliyinə baxmayaraq, bacılar hazırda konsertə hazırlaşır. Bu yay konsert olacaq. İnşallah, yaxın aylarda Heydər Əliyev adına sarayda da solo konsertimiz olacaq”.

Xatırladaq ki, Sevil və Sevinc bacıları “instagram” sosial şəbəkəsinin yerli şou nümayəndələri arasında ən çox izləyicisi olandır. Qızları adıçəkilən sosial şəbəkədə 308 min izləyir.

Qeyd edək ki, konsert 1 avqust saat 21:00-da əyləncə məkanlarından birində baş tutacaq.

publika.az


Müəllif: