Oxşar xəbərlər
Mayın 29-da Fatimə Fətəliyeva tələbələri ilə birgə Uşaq Filarmoniyasında çıxış edəcək.
Rəqqasə Teleqraf.com-a açıqlamasında deyib ki, səhnəyə düz 240 tələbəsi ilə birgə çıxacaq:
“Konsertimizə tam hazırıq. Çıxışımız zamanı tamaşaçıları bir çox sürprizlər gözləyir. Öncədən bütün məlumatları açıqlamaq istəmirəm. Bu mənim beş aylıq pedaqoji fəaliyyətim ərzində verəcəyim hesabat konsertidir”.
Qeyd edək ki, F.Fətəliyevanın növbəti konserti oktyabr-noyabr aylarında paytaxtın iri konsert salonlarının birində keçiriləcək.
Aytən Həsənova