21 İyul 2015 21:17
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikalı aktrisa Salma Hayek gözəllik jurnalı "Alleure"ın avqust sayı üçün kamera qarşısına keçib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, jurnala cəsarətli pozalar verən 47 yaşlı aktrisa bir vaxtlar işi buraxmaq istədiyini, amma həyat yoldaşının icazə vermədiyini deyib. O, dərgiyə verdiyi müsahibəsində bir çox maraqlı məqamlara toxunub.

"Bu günə qədər qızımdan iki həftədən çox uzaq qalmadım. Həyat yoldaşım Fransua ilə də elə. Heç vaxt uzun ayrılıqlarımız olmayıb.

Kaş gənc yaşlarımda Fransua kimi mükəmməl bir adama aşiq olacağımı biləydim. O zamanlar çox həyəcanlıydım. Görüşmək lazım olmayan insanlarla münasibət qurdum.

Ana olduqdan sonra aktyorluq fəaliyyətimə son qoymaq istədim, amma Fransua "İşə qayıtmalısan. Evdə tənbəl-tənbəl gəzən bir qadın görmək istəmirəm. Mənim evləndiyim qadın bu deyil. Özünü işindən məhrum etməyini istəmirəm" dedi. Bu sözlər məni həqiqətən özümə gətirdi. Çox haqlı idi. Qızım dünyaya gəldiyindən bəri 15 müxtəlif televiziya və film layihəsində yer aldım. 2016-cı ildə də layihələrim var."

Teleqraf.com aktrisanın fotolarını təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər