Məşhur aktrisa Şarliz Teron "Jimmy Kimmel" şousunun canlı efirində ABŞ prezidenti Barak Obama ilə görüş zamanı başına gələn məzəli əhvalatı danışıb.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, dövlət başçısı ilə söhbət zamanı çox həyəcanlanıb və gözlənilmədən onu striptiz-kluba dəvət edib. Obama və Teronun bu ilin mart ayındakı qonaq olduqları proqramdan sonra prezident aktrisa ilə Kimmelin şousunda iştirak etmə sevincini bölüşüb və orada gənclərlə ünsiyyət qurduğunu bildirib. Teron isə cavab olaraq: "Əgər yetişən nəsil ilə ümumi dil tapmaq istəyirsinizsə sizi striptiz-kluba apara bilərəm", - deyib.
"Aman Allahım, Mişel Obama məni öldürəcək, - aktrisa gülüb. - Barak çox şən və nəzakətli idi, və o, mənim söhbət əsnasında həyəcanlandığımı görürdü. Bu hadisədən sonra bir ay yuxu yata bilmədim. Hər dəfə gözümü yumanda: "Aman Allahım, mən həqiqətən də prezidenti striptiz-kluba dəvət etdim?" deyə düşünürdüm"
Qeyd edək ki, aktrisa Şarliz Teron 40-dan çox filmdə çəkilib. Onların arasında "İblisin vəkili", "Dəlisov Maks: Qəzəb yolu" filmləri var. O, "Monstr" (2004) filminə görə "Oskar" mükafatının "Ən yaxşı qadın rolu" nominasiyasında laureat olub.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm