Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən Aysun mahnı oxumasından sonra yaranan söz-söhbətlərə aydınlıq gətirib:
“Mən müğənni deyiləm. Mahnını özüm üçün oxumuşdum. Amma bir neçə gün içində “Youtube”da 18 min baxış oldu. Deyəsən, bu bəzi ifaçıları narahat edir. Anam müğənni olmağımı istəmir. İndiki ifamı dinləyəndə də dedi ki, “Bu sonuncu olsun. Daha oxuma”. Türkiyədə filmə çəkilirəm. Ona görə də vokal dərsləri almışam. Həvəsə düşüb, belə addım atdım”.
A.İsmayılova qardaş ölkədə aldığı film, serial təklifləri haqda da məlumat verib:
“Baş roldayam. Tərəf müqabilim çox yaraşıqlı və məşhur bir aktyordur. Müqavilənin şərtlərinə görə, filmlə bağlı heç bir açıqlama verə bilmərəm. Həm Türkiyədə, həm də Bakıda qala gecəsi olacaq. Serial təklifi də almışdım. Amma orada tərbiyəsiz bir obraz idi, imtina etdim”.