Qırğızıstanda, İssık-Gül gölünün sahilində, kurort şəhəri olan Çolpon-Atedə ikinci “Meykin-Asiya” beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib.
Festivalın açılış mərasimində ilk olaraq tamaşaçılara səhnələşdirilmiş proloq, qırğız xalqının dünənindən və bu günündən bəhs edən kiçik bir tamaşa təqdim olunub.
Daha sonra 19 ölkədən gəlmiş iştirakçılar istedadlarını nümayiş etdirib. Ölkəmizi bu yarışda təmsil edən müğənni Yaşar Yusub 12-ci nömrə altında “Yanındayam” mahnısını ifa edib.
Festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri ilə yanaşı müğənni Roza Zərgərli də yer alıb.
Festivalın açılış mərasimində Qırğızıstanın baş naziri Temir Sarıyev, baş nazirin müavini Damir Niyazəliyev, mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, daxili işlər naziri Melis Turqanbayev və digər mədəniyyət xadimləri iştirak edib.