Azərbaycanın əməkdar artisti Ədalət Şükürova Dağıstan Respublikasının xalq artisti adı da verilib. Publika.azxəbər verir ki, bu barədə ifaçı özü məlumat verərək sosial şəbəkədə video da yerləşdirib. Ədalət Şükürov ona verilən bu fəxri ada görə təşəkkür edib:
“Bütün Dağıstan xalqına belə böyük mükafata layiq görüldüyümə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Ədalət Şükürov 2008-cı ildə Dağıstanın əməkdar artisti adına layiq görülmüşdü.
Tədbirdən video görüntünü təqdim edirik.