3 Avqust 2015 17:13
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar produsser kimi də fəaliyyət göstərən və uğurlu işlərə imza atan yaraşıqlı aktyor Burak Özçivit 3-cü filmini çəkməyə hazırlaşır. Daha öncəki filmində sevgilisi Fahriyə Evcənlə birlikdə kamera qarşısına keçən aktyor bu dəfə baş rolu aktrisa Neslihan Atagülə təklif edib.

Publika.az xəbər verir ki, Burak Özçivit sentyabrda yayımlanmağa başlayacaq "Kara Sevda" adlı serialda da Neslihan Atagüllə tərəf müqabil olmaq istəsə də, qarşı tərəfin baş rol təkifini qəbul edib-etməyəcəyi hələlik bilinmir.

Qeyd edək ki, 10 il ərzində 20 ssenari yazdığını bildirən Burak Özçivit onların hamısını ekranlaşdırmaq üçün “BRK'S Production” adlı şirkət qurub. Prodüsserlik fəaliyyətinə “Aşk sana benzer” (“Eşq sənə bənzər”) adlı filmlə başlayan və sevgilisi Fahriyə Evcənlə kamera qarşısına keçən Burak 1.5 milyon lirə gəlir əldə edib. Bu uğurdan sonra ikinci filmi “Kardeşim benim”i (“Qardaşım mənim”) çəkən Burak Özçivit yaraşıqlı müğənni Murat Boz və aktrisa Aslı Enver ilə kamera qarşısına keçib.


Müəllif:

Oxşar xəbərlər