Tanınmış cütlük Ancelina Coli və Bred Pittin "Mavi sahil" filminin yeni görüntüləri yayılıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 10 ildən sonra onlar yenidən birgə ekran işindən rol alıblar.
Ancelina mətbuata açıqlamasında Bred Pittlə işləməyin çətin olduğunu deyib: "Çəkiliş meydanından həm özümü, həm də onu idarə etməli olurdum. Həmin səhnədə biz mübahisə etməliydik. Onun özünü aqressiv aparması lazım idi. Bu zaman isə onunla işləmək çox çətin olur. Sevinirik ki, bu filmi çəkə bildik. "Mavi sahil" mənim üçün asan layihə olmadı. Yəqin ki, belə işlərdən uzun müddət aralı duracam".
Qeyd edək ki, filmdə 1970-ci illərdə Fransada baş vermiş hadisələrdən bəhs edilir. Ancelina və Bred ekran işində ər-arvad rolunu canlandırırlar. Filmin rejissoru Ancelina Colinin özüdür.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm