7 Avqust 2015 01:13
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızıldan və gümüşdən bəzək əşyalarını imitasiya edən müvəqqəti döymələr artıq bir neçə ildir ki, populyar byuti-trenddir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Flash tattoos" pərəstişkarları arasında Beyons da var.

Pop-ulduz Beyons "Flash Tattoo"s brendi üçün müvəqqəti döymələr kolleksiyasını buraxıb. Əməkdaşlıq nəticəsində 5 vərəqdə 57 flaş-döymə yaradılıb.

Onları bir yerdə və ayrı-ayrılıqda çəkmək olar. Kolleksiyada geniş tatu-qolbaqlar, nazik zəncirlər, tapança, bal arıları şəklində, eləcə də mahnılarına adları və onların sözlərinin əks olunduğu döymələr var. Flaş-döymələr orta hesabla 4-6 gün qalır. Beyonsun fleş-döymə kolleksiyasını isə Flash Tattoos saytından əldə etmək olar.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər