7 Avqust 2015 11:49
3 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ rəngli donlar yay mövsümünün vazkeçilməz geyimlərindəndir. Ağ donu müxtəlif şəkillərdə kombin etmək mümkündür. Doğru aksessuar, çanta və ayaqqabı seçimi ilə ağ donu istər ofis, istər gecə gəzintisi, istərsə də küçə stilinə uyğunlaşdırmaq olar.

Publika.az bir ağ donla 3 fərqli stil yaratmağın yollarını təqdim edir:

Gecə gəzintisi:

Ağ donunuzla axşam bir restorana və ya kafeyə getmək istəyirsinizsə, zərif, hündürdaban ayaqqabı seçin. Kiçik bir çanta şıqlığınızı tamamlayacaq. Mövsümün trendlərindən olan saçaqlı aksessuarlar, tünd qırmızı və ya şərab rəngi dodaq boyası sizi əsl stil ikonasına çevirəcək.

Ofis:

Zamanımızın böyük bir hissəsini iş yerində keçiririk. Odur ki, ofis stilinə uyğun geyinmək çox önəmlidir. Geyiminiz həm rahat olmalı, həm də sizi şıq göstərməlidir. İşə ağ don geyinməkdən çəkinməyin. Təbii ki, onu doğru aksessuarlarla kombin etmək şərti ilə. Bunun üçün bej çalarlarında hündürdaban ayaqqabı, torpaq çalarlarında çanta seçə bilərsiniz. Ofis stilində aksessuarlardan az istifadə etmək lazımdır. Sadə bir qolbaq stilinizi tamamlamaq üçün kifayətdir.

Küçə stili:

Həftə sonu şəhərə çıxmaq və ya dəniz kənarında dostlarla söhbətləşmək üçün ən ideal seçim yenə ağ dondur. Bu dəfə ən rahat ayaqqabınızı seçin. Bel çantası və həsir şapka götürün. Çox az makiyaj edə bilərsiniz. Diqqət cəlb etməyən tonlarda dodaq boyası çəkin.


Müəllif:

Oxşar xəbərlər