9 Avqust 2015 09:58
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün unudulmaz ifaları ilə Azərbaycan musiqisinə böyük töhfələr vermiş sənətçi Akif İslamzadənin doğum günüdür.

Teleqraf.com-un məlumatına görə, "Neyləyim", "Sarı gəlin", "Bu gecə", "Qurban verərdim" kimi mahnılarla Azərbaycan musiqi tarixinə öz adını yazdırmış Akif İslamzadənin təəssüflər olsun ki, bu gün bənzərsiz ifasını canlı dinləyə bilmirik. Böyük sənətkar doğum günü ilə bağlı hər il ona zəng vuran insanlara bu sözləri deyir: "Hər zəng mənə şərəf verir. Mən çox yaxşıyam. Allaha da şükür edirəm. Hamıya deyin ki, Akif müəllim çox yaxşıdır". Bu il 67 yaşını doğmalarının əhatəsində keçirən Akif İslamzadə özünü bundan sonra səhnədə görmədiyini də deyir: "Hətta səsim qayıtsa belə bundan sonra səhnəyə qayıtmaram. Səhnə mənlik deyil daha"...

Qeyd edək ki, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.

Teleqraf.com görkəmli sənətkarın ifasında unudulmaz mahnıları seçib:



Müəllif:

Oxşar xəbərlər