Məşhur kinorejissor Kventin Tarantinonun yeni filminin ilk treylerini internetdə paylaşılıb.
Teleqraf.com xarici KİV-ə istinadən məlumat verir ki,"İyrənc səkkizlik" filmi ekranlara 25 dekabr 2015-ci ildə çıxacaq.
Filmdə hadisələr ABŞ-da vətəndaş müharibəsinin bitməsindən bir neçə il sonra baş verir. Qar çovğunundan dağlarda xilas olmaq istəyən insan ovçuları, cinayətkarlar, cəllad, eləcə də general, Şimal və Cənubun əsgərləri bir evə düşürlər.
Kurt Rassel, Semuel L.Cekson, Tim Rot və Çenninq Tatumun çəkildiyi vesternin çəkilişləri Kolorado ştatına aparılıb. Tarantinonun sözlərinə görə, filmin bu janrda əvvəlki işi olan "Azad olunmuş Canqo" filmi ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, çəkilişlər başlamadan öncə filmin ssenarisinin ilk variantı internetə yayılmışdı. Tarantino film üzərində çalışmayacağını bildirsə də, daha sonra öz qərarını dəyişdirdi.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm