Disney studiyası "Kral şir" trilogiyasının personajları ilə serial hazırlayır.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, studiya populyar franşizanı yenidən həyata gətirərək yeni nəsil uşaqların ürəyini fəth etməyə çalışır.
Noyabr ayında Disney kanalında "The Lion Guard: Return of the Roar" qısametrajlı filmi peyda olacaq. Bu film Simbanın oğlu barədə danışacaq. 2016-cı ilin əvvəlində isə "The Lion Guard" serialının başlaması planlaşdırılır.
Qeyd edək ki, "Kral şir" 1994-cü ildə ekranlara çıxıb. "Kral şir 26 Simbanın qüruru" 1998-ci ildə, "Kral şir: Akuna Matata" isə 2004-cü ildə çıxmışdı. Orijinal cizgi filmi ənənəvi animasiya stilində hazırlanan filmlər arasında ən çox pul toplayandır: ancaq prokatda film demək olar, milyard dollar toplayıb. Filmin personajlarının istifadə haqqının satılması isə studiyaya daha iki milyard qazandırıb.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm