2015-ci ilin oktyabr ayında işıq üzü görəcək "007: Spektr" filminin rejissoru Sem Mendes, eləcə də aktrisalar Lea Seydu və Monika Belluççi Bondun yeni məşuqələri haqqında danışdılar.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, Bondianın növbəti hissəsində aktyor Deniel Kreyqin qəhrəmanı iki qadınla eşq macərası yaşayır. Əsmər gözəl Lyusiya Stsiarrunu filmdə Monika Belluççi, sarışın Madlen Suonn rolunu isə Lea Seydu ifa edir. Seydunun qəhrəmanı barədə rejissor bunları deyir:
"Madlen səmimidir, ancaq bununla belə tez özündən çıxır. Bu rol üçün yeni başlayan aktrisanı seçmək doğru olmazdı. Müəyyən həyat təcrübəsi olan qadın lazım idi, buna görə də Seydunu seçdik". Leanın özü isə obrazını belə xarakterizə edir: "Mənim qəhrəmanım - həkimdir, o ağıllıdır və bununla belə həssasdır və kövrəkdir".
Qeyd edək ki, "Pinewood Studios" studiyasının ekranlaşdırdığı film xəfiyyə Ceyms Bond haqqında sayca 24-cü film olacaq.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm