Hollivudun məşhur simalarından olan akyor Morqan Frimanın nəvəsi öldürülüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktyorun 33 yaşlı nəvəsi Edena Hinesin «şeytan çıxarma mərasimi»ndə öldürüldüyü iddia edilib.
Çağırışa gələn polis Edenin cəsədini qaldığı evin qarşısında tapıb.
Polis çoxsaylı bıçaq yaralarından dünyasını dəyişən Edenin ölümündə sevgisilini şübhəli bilir. Eden Hinesın sevgilisini səkidə qorxmuş halda qaçarkən yaxalayıblar. Şahidlər onun "Hz.isa anadan olub" deyərək ora-bura qaçdığını bildiriblər.
30 yaşlı şübhəli psixoloji problemləri olduğu üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, Eden Hines Morqan Frimanın ilk xanımı Cenette Adair Bredşovun nəvəsidir. Hines aktyor və onun ikinci xanımı Mirna Kolley Li tərəfindən böyüdülüb.
Rüstəm