18 Avqust 2015 00:18
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva yaradıcılığındakı yeniliklərdən danışıb.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, festivala hazırlaşır: “İstirahət etdim və artıq vaxtımı yaradıcılığıma ayırmağa başlamışam. İnşallah, festivallara gedəcəyik və ona görə də yeni rəqslər hazırlamalıyıq. Buna görə də tələbələrimlə məşqlərə başlamışam. Festival Türkiyə və İtaliyada olacaq. Hazırda danışıqlar gedir”.

Bir daha şou əhlini klipinə çəkməyəcini deyən rəqqasə bunun səbəbini açıqladı: “Müğənnilləri “Om Sahanti Om” klipimə çəkəndə çox əziyyət çəkdim, məşq və rəqsi öyrətmək baxımından. O işlərə vaxt sərf etməkdənsə, onu işimə, öz tələbələrimə sərf etsəm daha rahat və yaxşı olar”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər