20 Avqust 2015 09:56
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər yeni layihəsini təqdim edəcək.

Bu barədə Publika.az-a açıqlama verən bəstəkar bunun üçün sentyabr ayını gözlədiyini bildirib:

“Arazbari” poeması əsasında möhtəşəm bir layihə hazırlamışıq. Gənc müğənni Bəyimxanımla Ehtiram Hüseynovun dueti nəzərdə tutulub, eyni zamanda, bədii qiraətçi İlham Əsgərov şeirlər səsləndirəcək. "Arazbari" vətənpərvər ruhda bir əsərdir, elə yeni layihəmizin də əsasını vətənpərvərlik ruhu təşkil edəcək. Layihədə lirik hissə ilə yanaşı muğam parçasından da istifadə etmişəm. Gözləyin, az qaldı, möhtəşəm bir təqdimat mərasimi də nəzərdə tutulub”.


Müəllif:

Oxşar xəbərlər