20 Avqust 2015 15:01
3 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xuraman Şuşalı “İnstaqram”da çimərlik geyimində şəkil paylaşan məşhurlara etirazını bildirib.

Müğənni Teleqraf.com-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə insanların çimərlik geyimində şəkil paylaşmasına yaxşı baxmır: “Şəxsən mən insanların sosial şəbəkədə çimərlik geyimində şəkil paylaşmasını istəmirəm. Düzdür, hər kəs özünə cavabdehdir. Guya insanlar çimərlik geyimində insan görməyiblər ki, “İnstaqram”da görsünlər?”

İstirahətindən danışan müğənni onu da dedi ki, Qax, İlusu, Lahıc və Qəbələyə gedib: “İstirahətimiz gözəl keçdi, iki gündür gəlmişik, amma yenə də getmək istəyirəm. Təbiətimiz gözəldir. Hətta Qaxda, İlusuda həmişəlik yaşamaq istərdim, amma bu, mümkün deyil. Çünki yoldaşımın işi, gələcəkdə uşaqlarımın məktəbə getməyi var. Ona görə də yoldaşım getmək istəmir. Mən isə iş olandan-olana Bakıya gəlmək istərdim . Təbiətin vurğunuyam.”

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər