Müğənni Aslan Hüseynov bəzi həmkarlarının toy mərasimini inkişaf yolu və sənət baxımından plestij hesab etməsinə münasibət bildirib.
O, Teleqraf. com-a açıqlamısında toya maddi vəziyyətini yaxşılaşdırmaq üçün getdiyini dilə gətirib: “Pis çıxmasın, acından ölməmək üçün toya gedirik. Toyun toy repertuarı var və orada ancaq şən mahnılar, ara mahnılar və bəzən xalq mahnıları səsləndirilir. Orada repertuarındakı əsərləri səsləndirməyəcəksən ki. Tutaq ki, Sevda Ələkbərzadə, Tünzalə Ağayevanın özünə məxsus janrları, stilləri var. Toy peşəkar müğənninin inkişafına deyil, toy müğənnilərinin inkişafına kömək edə bilər. Toy sadəcə, ailə dolandırmaq üçündür. Hazırda elə bir vəziyyət yaranıb ki, müğənnilərdən sənət soruşanda söhbəti toya yönəldirlər. Mən əvvəllər səhnədə, toyda lirik mahnılar səsləndirməyi sevirdim. Sonra gördüm ki, məni o cür mahnılar həyatda da ağladacaq və acından öldürəcək. Ona görə də şən mahnılar ifa etməyə başladım və şən mahnılara keçən kimi toylarım çoxaldı. Bu gün heç kim deyə bilməz ki, konsertlə pul qazanırıq. Yalnız 5 faiz yumor aktyorları konsertdən pul qazanırlar. Artıq insanlar müğənnilərin sənətləri ilə deyil, şəxsi həyatları ilə maraqlanırlar”.
Rəqsanə Həsənova