Türkiyəli müğənni Murat Dalkılıç və aktrisa Mərvə Boluğur bu gün evlənir.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbərinə görə, 6 aylıq ayrılıqdan sonra cütlük yenidən barışıb. Toy hədiyyəsi olaraq ifaçının ailəsi Mervəyə 50 min lirə (təxminən 17 min manat) olan qızıl dəst hədiyyə edəcək.
Dalkılıç ozü isə xanımına 60 min lirəlik (təxminən 21 min manat) brilyant üzük alıb. Toya bir çox məşhurlar dəvət olunub.
Xatırladaq ki, ötən həftə Mərvənin xına gecəsi olmuşdu. Muradın anası mərasimdə gəlininin hər ovucuna 10 ədəd qızıl qoymuşdu.
Qeyd edək ki, cütlüyün yaxın dostları müğənni Murat Boz və aktyor Burak Özçivit toya qatılmayacaqlar. Onlar gəlinin rəfiqələri Eliz Sakuçoğlu və Çeylan Çapa ilə vaxtilə eşq yaşadıqları üçün bu qərarı veriblər.
Rüstəm