Türkiyənin tanınmış müğənnisi Soner Sarıkabadayı növbəti dəfə Bakıya gələcək.
Teleqraf.com xəbər verir ki, üçüncü dəfə paytaxtımızın qonağı olacaq ifaçı avqustun 29-da konsert verməyə hazırlaşır. Müğənni konsertdən öncə avqustun 28-də media əhli ilə görüşəcək.
Konsertin aparıcısı Bu “tarz benim” yarışmasının iştirakçısı Özlem Özden olacaq. Sonerdən başqa gecədə, Türkiyənin başqa tanınmış şəxsləri də iştirak edəcək. Soner səhnədə rəqqassız çıxış edəcək.
Konsertin sonunda atəşfəşanlıq baş tutacaq.
Konsertin təşkilatçısı Humay Muxtarova bildirib ki, Soner yığılan pullardan hədiyyələr alaraq uşaq evinə aparacaq.
Rüstəm