29 May 2014 18:38
9 026

Xarici görkəmi ilə diqqət mərkəzində olan müğənni Afaq Aslan imicini dəyişib.

İfaçı Teleqraf.com saytına açıqlamasında deyib ki, bundan sonra idman və qlamur üslubda geyinəcək. A.Aslan onu da deyib ki, model standartlarına tam uyğun bədən ölçüləri var:

“Düşünürəm ki, nə geyinsəm, mənə yaraşır. Bütün geyimlərdə seksual görünürəm. Geyimlərimdə ifrata varmamaq şərtilə özümə məhdudiyyət qoymuram. Xarici görkəmimlə qürur duyuram. Düşünürəm ki, əsl müğənni səhnəyə yaraşmalıdır”.

Müğənni onu da bildirib ki, çoxlu sayda evlilik təklifləri alır: “Ümumiyyətlə, bizim kişilər baxımlı qadınları çox sevirlər. Görünüşümlə kişilərdə şəhvət hissi oyadıram. Mənə sosial şəbəkələrdə yazırlar ki, Afaq xanım, çox cazibədar və seksualsınız. Hətta yazırlar ki, adam az qalır, arvadını boşasın sizi alsın”.

Aysel Şirinzadə


Müəllif: