Populyar model, Dolce & Gabbana brendinin siması Byanka Balti «Elle» jurnalına müsahibəsində sevimli əşyaları və vərdişləri haqqında danışıb.
Teleqraf.com «buro247»yə istinadən xəbər verir ki, o, bildirib ki, “fotoqrafiya - mənim ehtirasımdır”: “16 yaşım olanda dərslərdən qaçırdım və Mario Testinonun sərgisinə gedirdim. O zaman təsəvvür belə etməzdim ki, onun kamerası qarşısında poza verəcəm.
Milan - möhtəşəm şəhərdir. Ancaq bütün bu səs-küydən uzaqlaşmaq, təbiətə yaxın olmaq daha yaxşıdır. Ailəmlə Kosta-del-Sol sahilində yaşayıram. Burada il ərzində 320 günəşli gün olur və hər gün təmiz hava qəbul edirik. Yayda hər gün dənizdə çimirik. Böyük qızım Matilda artıq yaxşı üzür, Mia (kiçik qızı-red.) da üzməyi öyrənir.
Günəş vannası qəbul etməyi xoşlayıram. Əsas olan - SPF 50 kremini unutmamaqdır. Əlbəttə ki, bürünc çalar əldə etmək üçün daha çox vaxt lazımdır, ancaq bu bədəndə daha uzun müddət qalır. Yayda parlaq printləri olan geyimlər və ekstravaqant aksessuarlar geyinirəm. Mənim üçün əsas must-have müxtəlif rəngli strazlarla "Dolce & Gabbana" eynəkləridir.
Mən ümumiyyətlə, şərab içmirəm, ancaq, inanmazsınız, atam somelyedir və şərabdan yaxşı başı çıxır. Nəfis dəniz məhsullarını da xoşlayıram. Səhərlər hamının yatdığı bir vaxtda bağda kofe içməkdən zövq alıram. Belə anlar mənə böyük zövq yaşadır!
Anam gəncliyimdə mənə bəzənməyə icazə vermirdi, ancaq mən ətirlərdən istifadə edirdim. "Light Blue Dolce & Gabbana" mənim ilk ətirim olub. Bu il buraxılan "Sunset in Salina" versiyası isə Aralıq dənizi adalarında yay istirahəti barədə xatirələrimi yenidən oyadır”.
Rüstəm